Türk Dünyası Həmrəylik Gününə həsr olunmuş konsert baş tutub.

3 may tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Türk Dünyası Həmrəylik Gününə həsr olunmuş konsert baş tutub. Öncəliklə, Türk Mədəniyyət və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova dinləyiciləri bu konsertlə bağlı məlumatlandırıb. 

Daha sonra dirijor Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlov, Respublika və beynəlxalq müsabiqələr laureatı Kanat Omarovun (Qazaxıstan) rəhbərliyi, Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - respublika və beynəlxalq müsabiqələr laureatı Ümidə Abasova (violin) və Türk dünyasının etno-folklor Turan ansamblı (Qazaxıstan) musiqisevərlər qarşısında çıxış edib.

Proqramda Azərbaycan, macar, türk xalq və bəstəkar mahnıları səslənib.