Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
2 may tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Dirijor Benjamin Yusupovun (İsrail) rəhbərliyi ilə solist - Sarah McElravy (viola, Kanada–Avstriya) dinləyicilər qarşısında çıxış edib.
Proqramda S.Argov Süita, Benjamin Yusupov viola və orkestr üçün 2 nömrəli konsert “Transsendent məhəbbət” (dünya premyerası), P.İ.Çaykovski 5 nömrəli simfoniya (op.64) səslənib.