Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Klassik musiqi axşamı” adlı solo konsert baş tutdu.
14 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Klassik musiqi axşamı” adlı solo konsert baş tutdu.
Konsertmeyster İlahə İlyasovanın müşayiəti ilə solist - Orxan Əfəndi (bas-bariton) dinləyicilər qarşısında çıxış etdi. Qonaq solist qismində çıxış edən Elçin Məmmədov (piano) isə musiqili gecəyə öz ifasıyla maraqlı rəng qatdı.
Tədbirin sonunda Orxan Əfəndi dinləyicilərə dərin təşəkkür və minnətdarlığını bildirdi.
Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənib.