Xəbərlər Xəbərlər
- 16-06-2025
Pyotr İliç Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestrinin konserti baş tutub.
16 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Pyotr İliç Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestrinin konserti baş tutub.
Tədbir rəsmi olaraq Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Yevdokimovun və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Polad Bülbüloğlunun çıxışları ilə açıldı. Hər iki nümayəndə Azərbaycan və Rusiya arasında olan dostluq, mehribanlıq, dərin mədəni və humanitar əlaqələri vurğulayaraq, tədbir iştirakçılarını salamladı.
Rəsmi hissədən sonra baş dirijor Arsenti Tkaçenkonun rəhbərliyi ilə Pyotr İliç Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri dinləyicilər qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib. Böyük maraq və həyəcanla qarşılanan bu musiqili gecədən dinləyicilər xoş ab-hava ilə ayrıldılar.
Proqramda P.İ.Çaykovski, S.Raxmaninov, J.S.Bach və R.Gliere`nin əsərləri səslənib.