Xəbərlər Xəbərlər
- 17-06-2025
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
17 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Öncəliklə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xristos Kapodistrias dinləyiciləri salamlamış, Azərbaycan-Yunanıstan arasındakı mədəni əlaqələr barədə məlumatlandırmışdır.
Daha sonra dirijor Azərbaycan Respublikasının Əməkdar artisti
Əyyub Quliyevin rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx (violonçel), Teodosia Doku (piano) və Yannis Georgiadis (violin) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib.