Xəbərlər Xəbərlər
- 18-06-2025
Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin yekun hesabat konserti baş tutub.
18 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin yekun hesabat konserti baş tutub.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər -respublika və beynəlxalq müsabiqələr laureatı Ərtoğrul Balayev (piano), Cavidan Babazadə (vokal), Fatimə Mehdiyeva (violin), beynəlxalq müsabiqələr laureatları Fidan Nemətli (qanun), Renat Şərifli (piano), David Niftəliyev (piano), İmran Məmmədzadə (violin), Amin Bünyatov (klarnet), Elmir Babayev (piano), Fidan Nağıyeva (piano), Zəhra Nəsibova (vokal) dinləyicilər qarşısında çıxış edib. Konsertin sonunda T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbi və Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi məktəbinin xor kollektivlərinin (bədii rəhbərlər Nigar Talıbova və Zöhrə Haşımova) birgə çıxışları tədbiri yüksək notlarda yekunlaşdırdı.
Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənib.