Xəbərlər Xəbərlər
- 21-06-2025
Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçirilib.
21 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçirilib.
Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva konsertlə bağlı dinləyiciləri məlumatlandırıb.
Daha sonra bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi,
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xədicə Qasımova, Mələk Mustafazadə, Səbinə Həsənzadə, Zərrin Əliyeva, Kənan Məmmədzadə musiqisevərlərin qarşısında çıxış edib.
Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə böyük əməyin nəticəsində ərsəyə gələn bu konsertin təşəbbüskarı Hökümə xanımı və Maestronu təbrik edərək, gənclərə gələcək fəaliyyətində uğurlar diləyib.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.