Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.
11 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - George Held (klarnet, ABŞ) və İrina Mehdiyeva (piano) dinləyicilər qarşısında çıxış edib.
Proqramda F.Mendelssohn simlilər üçün 10 saylı simfoniya (b-moll), W.A.Mozart klarnet və orkestr üçün konsert (A-dur), Alfred Şnitke piano və orkestr üçün konsert (op.136), İntermezzo və Polka səslənib.
Konsert gur alqışlarla sona çatıb.