Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.
24 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.
Əyyub Quliyevin dirijorluğu, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist - Dilarə Mehdiyeva – Kurtaran (violin) dinləyicilər qarşısında çıxış edib.
Proqramda G.Verdi simli kvartet, e-moll (4 hissədə, simli orkestrin təqdimatında), A. Əlizadə “Aşıqsayağı”, “Pastoral”, V.Silvestrov “Gecə musiqili silsiləsi”ndən serenada, Astor Piazzolla "Buenos-Ayresdə ilin fəsilləri” silsiləsi (Yay, Payız, Qış, Yaz) səslənib.