Xəbərlər Xəbərlər
- 07-12-2025
“Qış tanqosu” adlı özünəməxsus konsert keçirildi.
Dekabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qış tanqosu” adlı özünəməxsus konsert keçirildi. Gecə boyunca tanqo musiqisinin parlaq nümunələri səsləndi və dinləyicilərə unudulmaz emosiyalar yaşadıldı.
Tədbirin əvvəlində pianoçu Samirə Dbila-Budaqova konsertlə bağlı dinləyiciləri məlumatlandırdı. Konsert proqramında Piazzollanın “Fəsillər”, “Ave Maria” (Azərbaycanda ilk dəfə), “Vuelvo al sur”, “Rio sena”, “Chau Paris”, “Café 1930”, “Oblivion”, “Adios Nonino” və “Libertango” kimi məşhur əsərlər həmçinin, pianoçu Ruslan Ağababayevin sərbəst improvizasiyası təqdim olundu.
Konsertdə müxtəlif tərkibdə çıxış edən solistlər — Ülviyyə Dadaşova (piano), Aleksey Miltıx (violonçel), Ceyla Seyidova (violin), Nərgiz Kərimova (soprano), Samirə Aşumova (piano), Arslan Növrəsli (tar), Raul Hüseynov (bas gitara), Əyyub Əliyev (violonçel), Xəyal Əliyev (akkardeon) və Elvin Bəşirov (zərb alətləri) öz peşəkarlığı ilə seçildilər. Tədbirin xüsusi qonaqları “Baku Tango Embrace” rəqs qrupunun solistləri Vəcihə Səfərəliyeva və Kamran Babayev dinləyicilər tərəfindən maraqla qarşılandı.