Xəbərlər Xəbərlər
- 04-03-2026
Görkəmli xanəndə Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olundu.
4 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olundu.
Gecədə muğam sənətinin tanınmış ifaçıları – Xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, Əməkdar artistlər Zakir Əliyev, Nuriyyə Hüseynova, Aqil Məlikov və Elgiz Əliyev, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Rövşən Bəşirov, Mütəllim Dəmirov Hüseyn Məlikov çıxış etdilər. Solistləri Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədovun (kamança) rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı, həmçinin Altay Niftəliyev (tar) və Xəyyam Məmmədov (kamança) müşayiət etdilər.
Konsert proqramında Azərbaycan muğam sənətinin müxtəlif təsnifləri və xalq mahnıları səsləndirildi. Gecə “Segah”, “Bayatı-Şiraz”, “Çahargah” və “Rast” təsnifləri, eləcə də “Ay Dilbər” kimi sevilən xalq mahnılarının ifası ilə yadda qaldı.
Hacıbaba Hüseynovun zəngin muğam irsini yad edən bu musiqi axşamı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.