Dünya şöhrətli italiyalı tenor Alessandro Safina Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etdi

Noyabrın 29-da Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşaiyəti ilə dünya şöhrətli italiyalı tenor Alessandro Safina Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış etdi. Proqramda dünyaca məhşur olan mahnı və əsərlər dinləyicilərə təqdim olundu: "Moon river", "My way" , "Luna", "Canzone per te", "İl mondo" və s. Konsert tamaşaçıların gürultulu alqışları ilə başa çatıb.