Xəbərlər Xəbərlər
- 06-02-2023
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti
01-08.02.2023 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” festivalı keçirilib. Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi məqsədilə təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə edib.
Beləliklə, “Gəncliyin səsi” festivalı çərçivəsində bir sıra konsertlər M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində baş tutub.
Fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçirilib. Solistlər Prezident təqaüdçüsü Nərminə İsmayılova (piano), Respublika və beynəlxalq müsabiqələr laureatları Cəlil Bəşirli (tar), Rübabə Əkbərova (xanəndə), Həmidə Adilova (viola), Cəmalə Abdinzadə (piano), Məhəmmədəli Paşazadə (klarnet), Nərgiz Cabbarova (xanəndə), Humay Hacızadə (viola), Nəriman Məsimov (piano), Teymur Kazımov (vokal), Vaqif Qurbanov (violonçel), Surə Rüfət (violin) və konsertmeysterlər Dilarə Kərimova (piano), Svetlana Əhmədova (piano), Fərid Atazadə (tar), Fərrux Haşımlı (kamança) öz ifalarını dinləyicilərə təqdim ediblər. Proqramda Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.