Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert

Fevral ayının 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert təşkil edilib.

Gecədə Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solist Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədovanın (soprano) ifasında bəstəkarın əsərləri səsləndirilib.