Bakı Kamera Orkestrinin konserti

Fevral ayının 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Kamera Orkestrinin konserti təşkil olunub.

Gecənin əvvəlində Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə Bakı Kamera Orkestri dirijor Orxan Həşimovun rəhbərliyi ilə çıxış edib. Solist Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova (soprano) öz ifasını dinləyicilərə təqdim edib. Musiqili gecədə Qara Qarayev “Matəm odası”, Ottorino Respigi “Qədim rəqslər və ariyalar” silsiləsindən simli alətlər üçün 3 nömrəli süita P.172, Səs və simlilər üçün “Qürub” P.101a, Antonin Dvorjak Simlilər üçün Serenada mi major, op.22 səslənib.