“Qədim musiqi axşamı” adlı konsert

Fevralın 22-də Kamera və Orqan Musiqisi zalının səhnəsində “Qədim musiqi axşamı” adlı konsert təşkil olunub.

Musiqili gecədə Azərbaycan Respublikasının Əməkdar Artistləri Xurşid Abdullayeva (klavesin), İlham Nəzərov (kontratenor), Respublika və beynəlxalq müsabiqələr laureatı İslama Abdullayeva (soprano), Turan Mirzəyeva (klavesin), Ülkər Qüdrətli (fleyta) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda D.Skarlatti, G.Hendel, G.Piççi, K.V.Qlyuk, İ.K.Pepuşun əsərləri səslənib.