Xəbərlər Xəbərlər
- 27-02-2023
“Orqan musiqisi axşamı”
Fevralın 27-də Kamera və Orqan Musiqisi zalının səhnəsində Şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsinə ithaf olunmuş “Orqan musiqisi axşamı” təşkil olunub. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə xoru (dirijor - Azərbaycan Respublikasının Əməkdar artisti Yulizana Kuxmazova) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kamera orkestri (dirijor – Üzeyir Məmmədov) çıxış ediblər.Solistlər Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov (kontratenor), Respublika və beynəlxalq müsabiqələr laureatları Nigar Məmmədova (orqan), Səbinə Orucova (orqan), Şəfəq Abdullayeva (orqan), Səfurə Aslanova (soprano), Sevinc Mirzəli (kamança), Nahid Məmmədov (tar) öz ifalarını dinləyicilərə təqdim ediblər.