Kamera və Orqan Musiqisi zalının səhnəsində “Fleyta və piano gecəsi” adlı konsert
Martın 28-də Kamera və Orqan Musiqisi zalının səhnəsində “Fleyta və piano gecəsi” adlı konsert keçirilib.
Musiqili gecədə solistlər Nərgiz Kəngərli (piano), Mirxalid Məmmədzadə (fleyta), Kamil Hüseynzadə (zərb alətləri), Həsən Əsədov (kontrabas) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Ferens List İspan rapsodiyası cis-moll, Frans Doppler Macar pastoral fantaziyası D-dur, op.26, Klod Bollinq Fleyta və caz piano triosu üçün Süita səslənib.