Xəbərlər Xəbərlər
- 29-03-2023
Kamera və Orqan Musiqisi zalının səhnəsində görkəmli bəstəkar Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş “Qara Qarayev və tələbələri” adlı Orqan Musiqisi Axşamı təşkil olunub
Martın 29-da Kamera və Orqan Musiqisi zalının səhnəsində görkəmli bəstəkar Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş “Qara Qarayev və tələbələri” adlı Orqan Musiqisi Axşamı təşkil olunub.
Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovanın təşkilatçılığı ilə keçirilən musiqili gecədə solistlər Azərbaycan Respublikasının Əməkdar artisti
Töhfə Babayeva (violin), Əməkdar incəsənət xadimi Rasimə Babayeva (orqan), Səbinə Aslanova (orqan), Şəfəq Abdullayeva (orqan), respublika və beynəlxalq müsabiqələr laureatları Səbinə Orucova (orqan), Nigar Məmmədova (orqan) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnara Dadaşova, Cəlal Abbasovun əsərləri səslənib.