Xəbərlər Xəbərlər
- 07-04-2023
Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” silsiləsindən “Keçmişdən gələcəyə” adlı konsert təşkil olunub.
Aprelin 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” silsiləsindən “Keçmişdən gələcəyə” adlı konsert təşkil olunub.
Musiqili gecədə solist Respublika və beynəlxalq müsabiqələr laureatı Humay Hacızadə (viola) öz ifasını dinləyicilərə təqdim edib. Onunla bərabər Respublika və beynəlxalq müsabiqələr laureatları Rəfigə Quluzadə (piano), Canel Nəcəfli (violin) və Vüqar Məmmədzadə (bəstəkar) səhnəni bölüşüblər.
Proqramda İohan Sebastiyan Bax 2 nömrəli violonçel Süitası, Karl Stamits Viola konserti D-dur, Georq Frederik Hendel – Yohan Halvorsen Violin və viola üçün passakaliya Variasiyaları, Qabriel Faure Elegiya və Vüqar Məmmədzadənin “Environment” əsərləri səslənib.