Xəbərlər Xəbərlər
- 29-12-2022
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Dekabrın 29-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı iləMüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Musiqi gecəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə gənc istedadlar – Respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı (violin) və Əli Məmmədov (piano) çıxış ediblər.
Solistlər dinləyicilərə S.Raxmaninovun Piano və orkestr üçün 3 saylı d-moll, op.30 və Y.SibeliusunViolin və orkestr üçün d-moll, op.47 Konsertlərini təqdim ediblər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” layihəsimüasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edir.