Xəbərlər Xəbərlər
- 24-12-2024
IV Azərbaycan Vokalçıları Festivalının təntənəli bağlanış mərasimi keçirilib.
24 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində IV Azərbaycan Vokalçıları Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış edərək dinləyiciləri məlumatlandırıb.
Dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun (xormeyster Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sevil Hacıyeva) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılova, Azərbaycan Respublikasının Əməkdar artistləri Fərid Əliyev, İnarə Babayeva, Ramil Qasımov, Anton Ferştandt və xor kollektivi, Adil Axundov dinləyicilər qarşısında çıxış edib.
Proqramda G.Puccini «Turandot» operasından Kalafın ariyası, «La Rondine» operasından Maqdanın ariyası, «Toska» operasından Skarpianın ariyası, Ü.Hacıbəyli “Firuzə” operasından Firuzənin ariyası, «Koroğlu» operasından «Çənlibel», G.Verdi «Ernani» operasından Elviranın ariyası, R.Leoncavallo «Payatsı» operasından Kanionun ariyası, F.Əmirov «Sevil» operasından Dilbərin mahnısı, G.Bizet «Karmen» operasından Eskamilionun kupletləri, P.Çaykovski «Qaratoxmaq qadın» operasından Tomskinin mahnısı, S.Kərimi «Nəsimi» operasından Nəsiminin ariyası səslənib.