Xəbərlər Xəbərlər
- 17-06-2023
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənclərə dəstək” layihəsi çərçivəsində “Gitara musiqisi axşamı” adlı konserti keçirilib
İyun ayının 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənclərə dəstək” layihəsi çərçivəsində “Gitara musiqisi axşamı” adlı konserti keçirilib.
Konsertdə solistlər - respublika və beynəlxalq müsabiqələr laureatları Zaur Məmmədov (gitara), Raul Hüseynov (gitara), Tunar Vəlizadə (gitara) və “Sehrli simlər” ansamblı (bədii rəhbər: Elmar Sultanov) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib.
Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.