Xəbərlər Xəbərlər
- 01-03-2024
“Yeni adlar” layihəsi çərçivəsində konsert
1 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbyacan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Əli Məmmədov (piano), Şərif Bağırov (klarnet) və Kənan Məmmədzadə (violin) çıxış ediblər.
Konsertdə C.M.Weber Klarnet və orkestr üçün iki saylı Konsert (Es-dur, op.74), H.Wieniawski Orijinal mövzuya Variyasiyalar (op.15) və S.Prokofyevin Piano və orkestr üçün üç saylı Konserti (C-dur, op.26) səslənib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.