Xəbərlər Xəbərlər
- 29-04-2023
Belarus Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert
Aprelin 29-da Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Belarus Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.
İştirakçılar konsert proqramından əvvəl filarmoniyanın foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair geniş fotosərgi ilə tanış olunub.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ülvi Baxşəliyev, Belarusun Baş nazirinin müavini, Belarus-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri İqor Petrişenko, Belarus Parlamentinin Nümayəndələr Palatasının Beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədr müavini Tenqiz Dumbazde çıxış edib.
Musiqili gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi və solist Vurğun Vəkilovun iştirakı ilə Belarus Dövlət Akademik Simfonik Orkestrinin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konserti təqdim olunub.