Xəbərlər Xəbərlər
- 04-10-2024
Bəstəkar Məmmədağa Umudovun 75 illik yubileyinə həsr olunmuş konsert
4 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar Məmmədağa Umudovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova konsertlə bağlı məlumatları tamaşaçılarla bölüşüb.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solist - Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə (tar) çıxış edib.
Proqramda C.Hacıyev “Sülh uğrunda” simfonik poeması, M.Umudov tar və simfonik orkestr üçün “Çahargah dəstgahı” və “Cümhuriyyət marşı” səslənib.