Xəbərlər Xəbərlər
- 08-03-2023
“Opera və moda. Sultan Couture 20” adlı konsert
Martın 8-də Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” adlı konsert və sərgi keçirilib. Bayram əhval-ruhiyyəli konsert və sərgi isə tamaşaçılarda dərin təəssürat yaradıb.
İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa ediblər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olub. Bununla da Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus kolleksiya nümayiş etdirilmiş oldu. Gecə ərzində səhnəyə çıxan müğənnilər həm də BVLGARI brendinin zinət əşyalarını təqdim ediblər.