Xəbərlər Xəbərlər
- 22-12-2022
Kamera və Orqan Musiqisi zalının səhnəsində Fikrət Əmirovun 100 illik yubiliyinə həsr olunmuş Kamera musiqisi axşamı keçirilib.
Dekabrın 22-də Kamera və Orqan Musiqisi zalının səhnəsində Fikrət Əmirovun 100 illik yubiliyinə həsr olunmuş Kamera musiqisi axşamı keçirilib.
Konsertdə Prezident təqaüdçüsü Vurğun Vəkilov (piano), Respublika və beynəlxalq müsabiqələr laureatları Ümidə Abbasova (violin), İslama Abdullayeva (soprano), Rauf Abıyev (violin), Humay Hacızadə (viola), Elgün Babayev (kontrabas), Vaqif Qurbanov (violonçel) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Fikrət Əmirovun 2 ekspromt, “12 miniatür” albomundan “Aşıqsayağı” və “Noktürn” , “Uşaq albomundan” “Vals” və “Elegiya” , “Gülərəm – gülsən” , “Mən səni araram”, “Küçələrə su səpmişəm” , “Evləri var xana-xana”, “Muğam poema”, “Elegiya” , “Ballada”, “Sevgi rəqsi”, “Nizami” simfoniyası səslənib.
Konsert proqramı dinləyicilər tərəfindən maraqla qarşılanıb.