Xəbərlər Xəbərlər
- 21-12-2022
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şuşa İli - Şuşa Zəfəri” adlı inklüziv ədəbi-musiqili tədbir keçirilib.

Tədbirdə rəsmi şəxslər, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs edib.
“Şuşa ili” çərçivəsində təşkil edilən “Şuşa ili-Şuşa zəfəri” adlı Ədəbi Musiqili gecədə
tamaşaçılar Xalq artistləri və Əməkdar artistlərinin ifaları ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrini dinlədilər.