Xəbərlər Xəbərlər
- 28-12-2022
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçirilib.
Dekabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçirilib.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşaiyəti ilə (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov) gənc istedadlar - Respublika və beynalxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Nərgiz Hüseynzadə, Zərrin Əliyeva, Ülvi Həsənli, Nadir Eyvazov, Samir Əsədov, Ümid Mustafazadə, Səbinə Həsənzadə, Kənan Məmmədzadə öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Bela Bartokun “Rumın rəqsləri”, Astor Piazzollanın “Oblivion”, Antonio Vivaldinin “4 violin üçün Konserti”, Corc Bize – Voksmanın “Karmen fantaziyası”, Ağa Əliyevin “Adajio”, Kamil Sen – Sansın “İntroduksiya və rondo kapriççiozo”, Pablo de Sarasatenin “Navarra”, Pyotr İlyiç Çaykovskinin “Skertso”, Sərdar Fərəcovun “Skertso”, Reyngold Qlierin “2 pyes”, Rəna Qədimovanın “Prelüd Nostalji”, Kamil Sen-Sansın “Vals formasında etüd”, Tofiq Bakıxanovun “İmpovizasiya” əsərləri səslənib.