Xəbərlər Xəbərlər
- 25-04-2024
“Lazgi” rəqs festivalı
25-30 aprel tarixlərində Özbəkistanın qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında ikinci beynəlxalq “Lazgi” rəqs festivalı keçirilib.
Tədbirə Özbəkistandan başqa Amerika Birləşmiş Ştatları, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Hindistan, Misir, Tacikistan, Yaponiya, Braziliya, Bolqarıstan və digər ölkələrdən gələn 200-dən artıq rəqqas, musiqiçi və musiqi nəzəriyyəçisi qatılıb. Ümumiyyətlə tədbirdə 30-dan çox ölkənin musiqiçiləri iştirak edir.
Musiqi bayramında ölkəmizi Azərbaycan Respublikasının Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı təmsil edib.
Festivalda Xarəzm vilayətinin hakimi Curabek Rəhimov, Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov və TÜRKSOY-un Baş katibi Sultan Rayev iştirak ediblər.
Tədbir çərçivəsində bir neçə gün ərzində rəqs sənətinə həsr olunan sərgilər, milli geyimlərin, xalq tətbiqi sənət nümunələrinin nümayişi, kitab yarmarkası və digər tədbirlər keçirilib.
Qürur hissi ilə qeyd edirik ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs ansamblı festivalda 12 ölkə arasında I yerə layiq görülüb.
Festivalda həmçinin Gürcüstanın “Elissione”, Tacikistanın “Lola”, Qazaxıstanın “Saltanat” və digər məhşur kollektivlər iştirak edib.