Xəbərlər Xəbərlər
- 04-03-2023
“Şəhidlərimizə və Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsinə İthaf” adlı konsert
Mart ayının 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şəhidlərimizə və Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsinə İthaf” adlı konsert təşkil edilib.
Gecədə Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Nərgiz Əliyeva (piano), qiraətçi Hüsniyyə Mürvətova və Rövşən Əmrahov (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər. Proqramda V.A.Motsart Adajio və Fuqa, Q.Maler 5 nömrəli Simfoniya “Adajietto”, Qara Qarayev “Çılğın Qaskoniyalı” müziklından “Pavana” , Q.Qarayev II,III prelüdlər, A.Dvorjak Romans op.11 ,U.C. Erkin “Laylay”, Kastamonu türküsü – “Çanakkale İçinde Aynalı Çarşı”, Y.Sibelius “Qəmgin vals” səslənib.