Xəbərlər Xəbərlər
- 08-10-2023
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub
Oktyabrın 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub.
Konsertdə dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev) müşayiəti altında solistlər - Azərbaycan Respublikasının Xalq artisti Teyyub Aslanov (xanəndə), Azərbaycan Respublikasının Əməkdar artisti Zakir Əliyev (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatları Rəvanə Qurbanova (xanəndə), Taleh Yəhyayev (bariton), Natavan Həsənova (qanun), Mədinə Şahgəldiyeva (kamança), Fariz Hüseynov (kamança), Hikmət Qasımov (zurna), Seymur Mürsəlov (tar), Nərgiz Mütəllibova (fleyta) və İlkanə Cəfərova (qanun) çıxış ediblər.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.