Xəbərlər Xəbərlər
- 01-03-2024
Filarmoniyanın fevral ayında keçirilmiş abonement konsertləri
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər fevral ayında da davam etdirilib.
Abonement konsertlər 2023-cü ilin fevral ayında hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib.
4 fevral Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Fortepiano Triosunun “Qara Qarayev və şagirdləri” adlı konserti keçirilib.
11 fevral F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konserti ilə dinləyicilərin qarşısına çıxıb.
Fevralın 18-də Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçirilib. Solist Respublika və beynəlxalq müsabiqələr laureatı Xəyal Əliyev (akkordeon) tamaşaçıların qarşında çıxış edib.
Fevralın 25-də son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram hazırlayıb, onlara maarifləndirici məlumatlar verib.
Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.