Xəbərlər Xəbərlər
- 03-05-2024
Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalının bağlanış mərasimi
3 may tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalının bağlanış mərasimi baş tutub.
Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatı, Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Beynəlxalq Opera Festivalı böyük uğurla keçib. Yeddi gün ərzində Bakı və Gəncənin konsert məkanlarında yerli və xarici səhnə ustalarının, gənc istedadların iştirakı ilə Azərbaycan və dünya klassiklərinin əsərləri təqdim olunub. Hər axşam böyük maraq və anşlaqla keçdi. Layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sənəti sahəsində yeni istedadların üzə çıxarılması və dəstəklənməsidir.
Tanınmış dirijor, Cemal Reşit Rey konsert Mərkəzinin direktoru Murat Cem Orhanın rəhbərliyi, simfonik orkestrin müşayiəti ilə opera sənətinin ulduzları Ripalta Bufo (İtaliya), Vyaçeslav Vasilyev (Rusiya), Giorgi Çelidze (Gürcüstan), Azərbaycan Respublikasınln Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Cahangir Qurbanov, Anar Şuşalı, Səbinə Vahabzadə, Anton Ferştandt, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, İnarə Babayeva, beynəlxalq müsabiqələrin laureatları Adil Axundov, Taleh Yahyayev, Atəş Qarayev, Mahir Tağızadə çıxəş edib. Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.