Xəbərlər Xəbərlər
- 01-03-2023
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konsert
Martın 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Respublika və beynəlxalq müsabiqələr laureatı xanəndə Könül Məmmədlinin “Sən elə bir zirvəsən” adlı konserti təşkil olunub.
Musiqili gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor - Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev) Azərbaycan Respublikasının Əməkdar artisti dirijor İlahə Hüseynovanın rəhbərliyi ilə çıxış edib.
Proqramda Musa Mirzəyev ”Azərbaycan rəqsi”, Firəngiz Babayeva “Töhfə”, Nazim Quliyev “Heyif”, Oqtay Kazımi “Məhəbbət”, Hacı Xanməmmədov “Aldatmayaq bir birimizi”, Cahangir Cahangirov “Füzuli kantatasından” fraqment, Vasif Adıgözəlov “Bayram süitası”, Oqtay Kazımi “İnanmaram”, Xalq mahnısı “Evləri var xana-xana” (işləyəni Fikrət Əmirov), Xalq mahnısı “Qaragilə” (işləyəni Niyazi), Hacı Xanməmmədov “Getmə amandır”, Ramiz Mirişli “Bir xumar baxışla”, Kamal “Xalq Heydər söyləyəcək” əsərləri səslənib.