Xəbərlər Xəbərlər
- 01-05-2023
Filarmoniyanın aprel ayında keçirilən abonement konsertləri
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər aprel ayında da davam edib.
Abonement konsertlər 2023-cü ilin aprel ayında hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.
1 aprel Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Fortepiano Triosunun “Musiqidə romantizm” adlı konserti keçirilib. Solist Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə Kəbirlinskaya (piano) öz ifasını dinləyicilərə təqdim edib.
Aprelin 15-də Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan bəstəkarların əsərlərindən ibarət konserti keçirilib. “Şəms Qəmər” xoru tamaşaçıların qarşında çıxış edib.
Aprelin 22-də son abonement konsertində “Cadenza Contemporary Orchestra” orkestri məktəblilər üçün maraqlı proqram hazırlayıb, onlara maarifləndirici məlumatlar verib.