Xəbərlər Xəbərlər
- 27-12-2022
Rauf Hacıyev - 100
Dekabrın 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illik yubileyinə həsr olunmuş "Rauf Hacıyev-100" Musiqi Festivalı çərçivəsində konsert keçirilib.
Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Bundan başqa, gecədə tanınmış violin ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Ceyla Seyidovanın ifaları dinlənilib, bəstəkarın “Gənclik simfoniyası”, violin və simfonik orkestr üçün Konserti ,“Rəqs löhvələri” simfonik Süitası (“Yallı”, “Qızların rəqsi”, “Rəqs”) , “Qaytağı” əsəri də səslənib.